Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120948
az

Ağadadaş Ağayevin işində 1 milyonluq tələb- Məhkəməyə gəlmədi

16:5423 Oktyabr, 2024
104
KRİMİNAL
  • A

Xəbər verdiyimiz kimi, xuliqanlıq cinayətinə görə istintaqı davam edən xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib. Müğənni iddia edir ki, hospitalda baş verən insidentlə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəyib. Bu səbəbdən ona mənəvi ziyan ödənilməlidir.

Oxu24.com un əldə etdiyi məlumata görə, “Medera Hospital”da öz növbəsində Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Müğənni mənəvi ziyana görə bütün məhkəmə xərcləri daxil klinikadan 450 minə yaxın, hospital isə ondan yarım milyon manat pul tələb edir. 

Hazırda işə Binəqədi Rayon Məhkəməsində baxılır. Bu günə təyin edilən proses Ağadadaş Ağayev iştirak etmədiyinə görə təxirə salınıb. 

Qeyd edək ki, hadisə bu ilin iyulunda baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Hadisəyə görə Ağadadaş Ağayev və mühafizəçi barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Amma onlar həbsdə deyil. İstintaq dövrü müddətində barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu
Bakıda avtomobil və iki       moped     qaçırıldı
Qusar meşələrində böyük əməliyyatla tutulanları- Hansı cəza gözləyir?

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu