Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120946
az

"Bu, bütün ölkələr üçün təhlükədir"- Pezeşkian

16:5123 Oktyabr, 2024
90
  • A

Qərbin hesablama sistemləri bu gün deyilsə də, gələcəkdə bütün ölkələr üçün təhlükədir. 

Oxu24.com  xəbər verir ki, bunu Kazanda keçirilən BRİKS-in 16-cı sammitinin genişləndirilmiş sessiyası zamanı İran prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, BRİKS ölkələri daha ədalətli və təhlükəsiz yeni dünya nizamı yaratmağa çalışır: "Birqütblülük erası başa çatır". 

İran prezidenti vurğulayıb ki, BRİKS alternativ inkişaf yolu kimi artıq yaradılıb və yeni ölkələrin qoşulması ilə təşkilata hazırda inkişaf etməkdə olan dövlətlərin və yeni bazarların əhəmiyyətli hissəsi daxildir.

Onun fikrincə, dünya iqtisadiyyatında ABŞ dollarının rolunun azaldılması istiqamətində səylər davam etdirilməlidir. O, BRİKS-in vahid valyuta sisteminin yaradılmasını və təşkilat daxilində qarşılıqlı ticarətin asanlaşdırılması üçün elektron platformanın hazırlanmasını təklif edib: "Biz Qərbin hesablama sistemlərindən asılı olmamalıyıq, bu, bütün ölkələr üçün böyük təhlükədir". 

Xatırladaq ki, İran 2024-cü il yanvarın 1-də BRİKS-ə qoşulub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Egey dənizində güclü zəlzələ baş verdi
Daha bir ölkə ÜST-dən çıxır
Parisdə bomba həyəcanı

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto