Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120939
az

SON DƏQİQƏ! Azərbaycanda baş zabit həbs olundu

16:1423 Oktyabr, 2024
484
REDAKTORUN SEÇİMİ
  • A

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com  xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, H. Nəbiyev səkkiz il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində rüşvət tələb edib.

Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın: Yaralı var
Taleh Kərimov qəfil vəfat edib
Gürcüstan niyə matəm elan etdi?

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb