"Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra dövlət çevrilişi hazırlayan qrup var".
Oxu24.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.
Papuaşvili qeyd edib ki, dövlət çevrilişi daha əvvəl, 2020-ci ildə keçiriləcək parlament seçkilərindən sonra planlaşdırılıb. Onun sözlərinə görə, bu dəfə basqınçılar qeyri-hökumət təşkilatlarının monitorinqinin köməyi ilə ölkədə iğtişaşlar üçün “yalançı səbəb” yaratmaq məqsədilə saxta seçki hesabatları hazırlamaq niyyətindədirlər.
“Hazırda hakimiyyətin antidemokratik yolla ələ keçirilməsinə hazırlıq gedir və yerli monitorinq təşkilatları bu işə cəlb olunub”, - deyə spiker vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR