Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120919
az

"Gecə klublarında adamlarım yoxdur"- Qurban Qurbanov

14:3423 Oktyabr, 2024
56
  • A

"Mənim gecə klublarında adamlarım yoxdur. Ətrafım oraya getmir (gülür)".

Oxu24.com  xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin sabiq futbolçusu Raydel Puponun açıqlamasına münasibət bildirərkən deyib.

"Klubda ən məsuliyyətli şəxs mənəm. Futbolçuların daim formada olmasını istəyirəm. Biz tələbkar olmalıyıq. Elə etməliyik ki, oyunçu da inciməsin. Mənim gecə klublarında adamlarım yoxdur. Ətrafım oraya getmir. (Gülür) Pupon maraqlı insan idi. Bəzən çəkisi yuxarı olurdu. Hərdən futbolçuların şikayətini də eşidirik. Amma müəyyən müddət keçəndən sonra başa düşürlər ki, tələb etdiklərimiz sağlamlıqları və stabil olmaları üçün faydalıdır. İstənilən futbolçunu yoldan çıxarmaq asandır. Tələblər olmasa, uğurlu nəticə də olmayacaq" - deyə mütəxəssis söyləyib.

Qeyd edək ki, Pupon ölkəsinin mətbuatına açıqlamasında Qurban Qurbanovun hər şeyə əhəmiyyət verdiyini deyib: "Polis kimi məni nəzarətdə saxlayırdı. Mənə deyirdilər ki, onun hər gecə klubunda adamı var. Bəlkə də indi – 9 il sonra bir az dəyişib. İnsanlar dəyişə də bilər. Amma mən ona uyğun gəlmirdim”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AFFA 15 yaşlı futbolçunu    ağır     cəzalandırdı
"Turan Tovuz" klubu 3500     manat    cərimələndi
Millimiz DÇ hazırlığı üçün iki      ölkəyə   yollanacaq

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto