Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120914
az

Aqşinlə Leylanın bəraəti ləğv edildi

13:5123 Oktyabr, 2024
63
HÜQUQ
  • A

Külli miqdarda dələduzluqda təqsirli bilinərək azadlıqdan məhrum edildikdən 11 ay sonra bəraət alan Aqşin Abdullayev və arvadı Leyla Abdullayevanın işinə yenidən baxılacaq.

Oxu24.com xəbər verir  ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün Ali Məhkəmə belə qərar çıxarıb.

Əziz Seyidovun sədrlik etdiyi hakimlər prokurorun və zərərçəkmiş şəxslərin etirazlarını haqlı hesab edib.

Qərarda deyilir ki, Ali Məhkəmə apellyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşmır. Kollegiya belə hesab edir ki, bəraət qərarı işin faktiki halları ilə uzlaşmır.

Bu əsasla bəraətverici qərar tamamilə ləğv edilib. İş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxslər və vəkilləri qərara etiraz ediblər.

Qeyd edək ki, Aqşin və Leyla Abdullayevlər əvvəl 5 nəfərin 107 min manat pulunu dələduzluq yolu ilə ələ keçirmə ittihamı ilə mühakimə ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin 6 il 6 ay, Leyla 5 il azadlıqdan məhrum edilib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edib və 4 uşaq valideyni olan cütlüyə bəraət verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“İlin vəkili” seçildi
Anar Bağırov: Hazırda Azərbaycanda138 vəkil qurumu fəaliyyət göstərir
DİN açıqlama yaydı

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ