Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120899
az

Gürcü spiker şok gizlinləri açdı: Rusiya əleyhinə...

19:5523 Oktyabr, 2024
79
DÜNYA
  • A

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Gürcüstanın Birinci Kanalının efirində bildirib ki, Qərb ölkələrinin rəsmiləri 2022-ci ildə Tbilisini Rusiyaya qarşı sanksiyalara qoşulmağa razı salıblar.

 

“Oxşar söhbətlər oldu, bəzən ciddi, bəzən  də qeyri-ciddi adamlar tərəfindən”,-deyə o çıxışında qeyd edib.

Onun sözlərinə görə, 2022-ci ildə Gürcüstan rəsmiləri Qərb nümayəndələrinə Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi riskinin nə üçün olduğunu izah etməli olublar.

“Şəxsən mənə söhbət zamanı dedilər: qorxma, Tsxinvalidən artilleriya Tbilisiyə çatmayacaq”, - o deyib.

Papuaşvili onu da qeyd edib ki, Avropa Parlamentinin (AP) Gürcüstandan Rusiyaya qarşı birbaşa sanksiyalar tətbiq etməsi tələbi hədsizdir.

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili daha əvvəl bildirmişdi ki, Qərb rəsmisi Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili ilə söhbətində Tbilisiyə “üç-dörd gün” Rusiya ilə hərbi əməliyyatlar keçirməyi təklif edib.

Bundan əvvəl Gürcüstan parlament seçkilərində müxalifətin əvəzinə ABŞ-ın iştirak etdiyini açıqlamışdı.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Uzak Şehir"dəki Fidanın real həyatdakı görkəmi heyrətə gətirdi - FOTO
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? -Paşinyandan AÇIQLAMA

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı