Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120875
az

Azərbaycanda iqlim fondu yaradıldı- Hikmət Hacıyevdən AÇIQLAMA

11:4323 Oktyabr, 2024
66
SİYASƏT
  • A

Azərbaycan digər neft və qaz hasil edən dövlətlərin və şirkətlərin sərmayə qoymasını gözlədiyi iqlim fondu yaradıb. 

Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Financial Times"a açıqlamasında deyib. 

"Bu ilki COP29-da fosil yanacaqlardan qlobal keçidi reallığa çevirmək üçün maliyyə hədəfinin - Yeni Kollektiv Kəmiyyətli Məqsədin artırılmasına diqqət yetiriləcək. Bundan əlavə, Azərbaycan digər neft və qaz hasil edən dövlətlərin və şirkətlərin sərmayə qoymasını gözlədiyi iqlim fondu yaradıb. 

Azərbaycan neft və qaz istehsalçısının necə keçid edə biləcəyini nümayiş etdirir. Biz təkcə regionun ən böyük bərpa olunan layihələrini həyata keçirmirik, həm də qalıq yanacaqdan elektrik enerjisi ixracına keçirik. Azərbaycan Aİ ilə tərəfdaşlıqda Xəzər dənizinin külək enerjisini qitə ilə əlaqələndirmək üçün Qara dənizin dibində elektrik kabelini inkişaf etdirir. Xarici enerji bazarlarını hərəkətə gətirən tələbata təsir edə bilməsək də, təklif tərəfini yenidən formalaşdırırıq.

Azərbaycan COP-a ev sahibliyi edir, çünki biz sülh yolu ilə gedirik. COP-da biz qalıq yanacaqlardan bərpa olunan mənbələrə ədalətli keçidi maliyyələşdirmək üçün yeni fondların tərəfdarı olacağıq, bu dəyişikliyi artıq fəal surətdə davam etdiririk", - deyə diplomat qeyd edib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu təltif etdi
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
İran səfiri Fransa XİN-ə çağırıldı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb