Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120851
az

Anadan QANDONDURAN ƏMƏL: körpəsini acından öldürüb ZİBİL YEŞİYİNƏ ATDI

20:3222 Oktyabr, 2024
95
DÜNYA
  • A

Kovrov məhkəməsi uşağını nəzarətsiz qoyan yerli sakini nəzarətə götürüb.

OXU24.COM xəbər verir ki, bu barədə Rusiyanın Vladimir vilayətinin prokurorluğu məlumat yayıb.

Bu gün Kovrov Şəhər Məhkəməsi kiçik oğlunu aclıqdan öldürən 19 yaşlı qadının barəsində həbs qətimkan tədbiri seçib. İttiham tərəfinin fikrincə, körpənin orqanizmi qida və maye çatışmazlığına tab gətirə bilməyib.

Qeyd edilib ki, təqsirləndirilən şəxs 2 ay müddətinə həbs edilib.

İstintaqın məlumatına görə, qadın 2023-cü il təvəllüdlü öz oğlunu mənzildə tək qoyaraq onu su və yeməkdən məhrum edib. Bir müddət sonra evə qayıdan gənc ana körpəni artıq cansız vəziyyətdə görüb, əşyaları ilə birlikdə qutuya qoyub və zibil yeşiyinə atıb.

Qeyd edilib ki, oktyabrın 18-də Şərq küçəsi ərazisində zibil yeşiyinə atılmış qutu aşkar edilib. Uşağın anasının şəxsiyyəti tez bir zamanda müəyyən edilib, ona qarşı cinayət işi açılıb. Onu səkkiz ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü