Hindistanda bəbir parkda dincələn insanlara hücum edib.
Oxu24.com xəbər verir ki,bu barədə Mirror yazır.
Şahidlərin dediyinə görə, bəbir parkda piknik edən 60 nəfərlik qrupa qəfil hücum edib. Yırtıcı yüksək sürətlə insanların üzərinə qaçıb, nəticədə iki nəfər başından xəsarət alıb.
Polisdən verilən məlumata görə, həmin vaxt xidmətdə olmayan qadın və məmurun da tibbi yardıma ehtiyacı olub. Bildirilir ki, hadisədən sonra bəbir insanların qışqırığından qorxaraq yenidən meşəyə qaçıb.
Bundan əvvəl pələng küçə tualetinə gedən adamı parçalayıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR