Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120839
az

Netahnayhunun evinə hücumun detalları

19:4622 Oktyabr, 2024
59
DÜNYA
  • A

Oktyabrın 19-da İsrailin baş naziri Binyamin Netanyahunun iqamətgahında Hizbullah tərəfindən buraxılan pilotsuz təyyarə onun evindəki yataq otağının pəncərəsini zədələyib.

Oxu24.com xəbər verir   ki, bu  barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Kanalın  dərc etdiyi foto və video görüntülərdə binanın pəncərəsinə birbaşa zərbənin izləri görünür. Telekanal qeyd edir ki, zərər ümumilikdə cüzi olub, Kanın fikrincə, bu, Netanyahunun iqamətgahındakı pəncərələrin zirehli olması ilə əlaqədar ola bilər.

Kan həmçinin qeyd edir ki, Hizbullah tərəfindən oktyabrın 19-da buraxılan hər üç PUA Netanyahunun Təl-Əviv və Hayfa arasında yerləşən dənizkənarı Qeysəriyyə qəsəbəsindəki evini hədəf alıb. Bundan əvvəl İsrail ordusu daha iki pilotsuz təyyarənin ələ keçirildiyini bildirmişdi.

Çərşənbə axşamı günü səhər saatlarında Hizbullah Netanyahunun evinə edilən hücuma görə "tam və yeganə məsuliyyəti" öz üzərinə götürdü. Təşkilatın informasiya xidmətinin rəhbəri Məhəmməd Afif əlavə edib ki, İsrailin baş nazirinə qarşı sui-qəsd cəhdi uğursuz olsa da, Hizbullah bununla kifayətlənməyəcək.

Hadisədən sonra Netanyahu “İran agentlərini” onu və həyat yoldaşını dron hücumu zamanı öldürməyə çalışmaqda ittiham edib və bunun İsraili Hizbullah və radikal Fələstinin HƏMAS hərəkatına qarşı davam edən hərbi əməliyyatlarından əl çəkməyə məcbur etməyəcəyini deyib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saakaşvili ümidsizdir: “Ölkəni itirəcəyik”
Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
Hizbullah atəş açır

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi