Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120833
az

AZAL biletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib

19:0222 Oktyabr, 2024
81
CƏMİYYƏT
  • A

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və rahatlığın artırılması məqsədilə aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib.

Oxu24.com  AZAL-a istinadən xəbər verir ki, yeni xidmətdən aviaşirkətin rəsmi www.azal.az saytında və yaxud mobil tətbiqində yararlanmaq olar.

Bu xidmət sərnişinlərə rezervasiyalarını sərbəst idarə etmək üçün daha geniş imkanlar təqdim edir. Vəsaitlərin geri qaytarılmasını evdən çıxmadan, kassalara və ya çağrı mərkəzinə müraciət etmədən həyata keçirmək mümkündür. Artıq sərnişinlər “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq “Aviabiletin qaytarılması” düyməsini klikləyib dünyanın istənilən yerindən biletlərini geri qaytara bilərlər. Proses avtomatik olaraq emal olunur.

Tarifdən asılı olaraq, müştərilər aviabiletləri tam və ya qismən geri qaytara bilərlər. Bu, səyahətin müəyyən seqmentləri üzrə vəsaitin geri qaytarılmasına imkan verir. Məsələn, marşrutun bir hissəsi artıq tamamlanıbsa, sərnişin biletin qalan hissəsini geri qaytara bilər. Bu çeviklik səyahət zamanı planları dəyişən sərnişinlər üçün xüsusilə vacibdir. Bundan əlavə, xidmət bir neçə sərnişin üçün də əlçatandır ki, bu da qrup səfərlərinin idarə edilməsini asanlaşdırır. Yəni rezervasiyada bir neçə sərnişin olduğu halda, onlardan birini seçib bileti geri qaytarmaq olar.

Aviabiletlərin onlayn geri qaytarılması xidməti haqqında daha ətraflı məlumatı linkdəki videodan əldə etmək olar: //www.youtube.com/watch?v=7Ph13ZPXiZU

AZAL-ın mobil tətbiqini //bit.ly/azal-app linkindən yükləmək mümkündür.

Bu yeniliklər sərnişinlərə daha müasir və rahat xidmətlər təqdim etməyə yönəlib. Rəqəmsal xidmətlərin genişləndirilməsi sərnişinlər üçün yeni imkanlar yaradır və aviaşirkətlə qarşılıqlı əlaqəni daha asan və səmərəli edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pensiyaçılara şad xəbər
Prezident naziri yeni vəzifəyə təyin edib
“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto