İran İsraildən məhdud cavab zərbəsinə hazırlaşır.
İranın SNN telekanalı xəbər verir ki, bunu İran İnqilabı Keşikçiləri Korpusunun general-leytenantı Məhəmməd Əli Cəfəri deyib.
“İsrail çox güman ki, səmərəsiz, məhdud və kiçik bir hücumu öz cavab addımı kimi təqdim edəcək. İranın cavabı düşmənin hücumunun şiddətindən asılıdır”, - deyə o bildirib.
General əlavə edib ki, İsrailin hücumu ciddi olarsa, Tehran ciddi cavab hazırlayacaq.
Oktyabrın 17-də “The Washington Post” İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail yaxın günlərdə İrana hücum edə bilər, lakin hədəflərlə bağlı qərar hələ qəbul edilməyib.
Oktyabrın 1-də İran İsrailə yüzlərlə raket atıb. Onların əksəriyyəti ələ keçirilib. İsrail tərəfi İranın nüvə obyektlərinə zərbə endirmək variantı da daxil olmaqla, buna cavab verəcəyini vəd edib.
Bundan əvvəl İran İsrailin hücumu zamanı cavab veriləcək hədəfləri müəyyənləşdirmişdi.
Miri
Oxu24.com
ŞƏRHLƏR