Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ lideri Fətullah Gülən çərşənbə və ya cümə axşamı dəfn ediləcək.
Bu barədə FETÖ işləri üzrə müttəhim olan və Türkiyədən qaçan Adəm Yavuz Arslan məlumat verib.
O, F.Gülənin Pensilvaniyada yerləşən və "Kestane" adlandırılan malikanəsinin düşərgə ərazisində dəfn ediləcəyini vurğulayıb.
Arslan, Gülənin cənazəsinin Türkiyəyə aparılması kimi bir ehtimalın olmadığını da əlavə edib.
Qeyd edək ki, "Anadolu" Agentliyi Gülənin öldüyü elan edildikdən sonra Pensilvaniyadakı evinə gələnlərin sayının artdığı barədə xəbər verib və bununla əlaqədar görüntülər paylaşıb. FETÖ liderinin son günlərini yaşadığı digər evdə isə hər hansı bir hərəkət müşahidə edilməyib, ancaq malikanənin həyətində hərbi kamuflyajlı bir şəxsin təhlükəsizliyi təmin etdiyi görünüb.
Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nün lideri Fətullah Gülən vəfat edib. Pensilvaniyada yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb.(oxu.az)
Oxu24.com
ŞƏRHLƏR