Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120815
az

AAYDA-dan yağışın yollarda səbəb olduğu fəsadlarla bağlı AÇIQLAMA

16:4622 Oktyabr, 2024
92
  • A

Ölkə ərazisində müşahidə olunan leysan xarakterli güclü yağışın yollarda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.

Oxu24.com  xəbər verir ki, öncədən hava ilə əlaqədar yayılmış xəbərdarlığa əsasən agentliyin bütün təşkilatları gücləndirilmiş iş rejiminə keçib, tunel və keçidlərdə suların kənarlaşdırılması üçün nəzərdə tutulan nasosxanalarda monitorinqlər aparılıb.

Müşahidə olunan yağışlı hava şəraitinə uyğun olaraq tunel və keçidlərdə suların kənarlaşdırılmasını təmin edən bütün nasoslar tam gücü ilə çalışıb və hazırda da çalışmağa davam edir.

Məlum olduğu kimi paytaxt ərazisində bir-neçə tuneldə yağış sularının dolması qeydə alınıb. Belə ki, güclü yağışlar nəticəsində tunel və keçidlərdən suyun çəkilməsini təmin edən sistemlərin qoşulduğu kollektorlar daxil olan suyu tam həcmdə ötürə bilməyib.

Hazırda fəsadların baş verdiyi ərazilərdə aidiyyəti qurumlarla birgə suların çəkilməsini təmin etmək üçün işlər davam etdirilir.  

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

89 yaşlı kişi və arvadı dəm     qazından       öldü
Bu ərazilərdə        duman      var
Bu ərazidə     işıq     olmayacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Ailəsi ilə istirahətə getmişdi, faciəvi     şəkildə     öldü