Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edək ki, "Sabunçu keçidi" adlanan əraziyə su dolması nəticəsində "Ford"markalı avtomobil batmışdı. Avtomobildə iki nəfərin olduğu və boğulanların həmin şəxslər olduğu deyilirdi.
Oxu24.com
ŞƏRHLƏR