Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120797
az

"Sərhəddə irəlidə olduğumuz yerləri tərk edəcəyik"- Simonyan

15:0822 Oktyabr, 2024
72
SİYASƏT
  • A

"Əgər məlum olsa ki, Azərbaycan demarkasiya komissiyalarının reqlamentini ratifikasiya etmir, o prosesi həyata keçirmir, bizim etdiyimiz proses heç bir hüquqi qüvvə əldə etməyəcək". 

Oxu24 com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. 

"Son nəticədə biz bütün məqamlarda razılığa gəldik, oturub hansısa sənədi ratifikasiya etmək qərarına gəlmək, Konstitusiyaya uyğun olub-olmadığını görüb parlamentə çıxarmaq deyil. Başqa sözlə, biz onlarla müzakirə etdik ki, hüquqi nöqteyi-nəzərdən onun heç bir riski yoxdur, çünki biz mübadilə edənə qədər o, hüquqi qüvvəyə malik deyil", - Simonyan bildirib.

Spiker Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisində olub-olmaması ilə bağlı suala belə cavab verib: "Biz o detalı müzakirə etmədik, müzakirə etdik ki, biz prinsiplər qoyuruq, nəticədə irəlidə olduqları yerlərdən onlar da getsin, biz də sərhəddə irəlidə olduğumuz yerləri tərk edək".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Azərbaycan xalqına böyük faciə üz verib”
Prezident İlham Əliyev: Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var
Qəzanın araşdırılması ilə bağlı komissiya yaradılır- Sərəncam

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Şahidlər danışır - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı