Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120792
az

Xəstəxanada qazi anasını döyən həkimin arxasında kim dayanır?— Şikayət + Rəsmi Cavab

14:1422 Oktyabr, 2024
4527
CƏMİYYƏT
  • A

Şirvan Şəhər Xəstəxanasında Vətən müharibəsi qazisinin anasının döyülməsi barədə məlumat vermişdik.

Döyüldüyünü iddia edən Şirvan Şəhər sakini Arzu Abdullayeva Oxu24.com saytına müraciətində bildirib ki, hadisədən 4 aya yaxın vaxt keçsə də,bu günə qədər məsələyə hüquqi qiymət verilməyib.Qazi anası olduğunu bildirən Arzu Abdullayeva Şirvan Şəhər Polis İdarəsinin müstəntiqi İlqar Novruzov tərəfindən işin düzgün aparılmadığı və işə səhlənkar yanaşıldığını qeyd edib.

“2024-cü ilin iyulun 23-də Şirvan Şəhər xəstəxanasında göz həkimi Günel Səfərova tərəfindən insanların gözü qarşısında döyüldüm.Xəsarətlər aldım.Şikayətim əsasında Şirvan Şəhər Polis İdarəsində müstəntiq İlqar Novruzov araşdırma apardı.Mənim xəsarətlərim gözlə görünən idi.Günel Səfərova şəxsi tanışlığından istifadə edərək saxta ekspert rəyi aldı.Guya mən də ona xəsarət yetirmişəm.Ona saxta rəyi verən şəxs elə tanışıdır. Həmin saxta rəydə Günel Səfərovanın xəsarət almasına dair heç bir sübut,foto,video çəkiliş yoxdur. İndi mən sual verirəm.Həmin ekspert nəyin əsasında Günel Səfərovanın xəsarət aldığı barədə rəy verib?.İlk dəfədən müstəntiqə bildirdim ki, həmin rəy saxtadır.Mənə dedilər ki, Sizə qarşılıqlı davaya görə cinayət işi açılıb.Döyülən də mən,cinayət işi açılan da mən?Belə ədalət olar? Günel Səfərova kimə, nəyə güvənir? Mən qazi anasıyam. Oğlum Elturan Abdullayev Vətən müharibəsində qəhrəmanlıq göstərib.Bu gün onun anasının döyülməsinə kimlər göz yuma bilər?Mən bu işin sonuna qədər gedəcəm”,-deyə Arzu Abdullayeva bildirib.

Arzu Abdullayeva həmçinin  qeyd edib  ki, həmin ekspert rəyi ilə bağlı Baş Prokurorluğa və digər qurumlara rəsmi şikayət edib.

“Günel Səfərovanın aldığı saxta rəyin araşdırılması ilə bağlı rəsmi şikayət etmişəm”,-deyə o bildirib.

Oxu24.com məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov Oxu24.com-un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşın müraciəti ilə bağlı Şirvan ŞPŞ-də müvafiq araşdırmalar aparılıb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib.

Oxu24.com məsələni diqqətdə saxlayacaq.

 

M.Məcidli
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Sovetski"də gecə söküntüsü: Generalın şirkəti evləri dağıdıb? - VİDEO
Gələn il ehtiyac meyarı artırılır -Kimlərə sosial yardım veriləcək?
COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi -QƏTNAMƏ

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi