Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120781
az

Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək

13:1722 Oktyabr, 2024
82
  • A

Minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.

Oxu24.com  xəbər verir ki, bununla bağlı məsələ yeni hazırlanan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.

Qeyd edək ki, hazırda yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycanın ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən avtomobillər operativ nəqliyyat vasitələri siyahısında yer alıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

35 yaşlı qadının meyiti aşkarlanıb
Bu ərazidə işıq olmayacaq
İşıq olmayacaq

Bu gölə toxunan hər şey daşa dönür - Təkcə bu canlıdan başqa

18+

Deputat turisti zorladı
Tıxacda qalanlara ŞAD XƏBƏR! Yeni yol çəkilir - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Alimlər piy əridən 5 məhsulun adını çəkdilər
Oğurluğa görə tutuldular