Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12078
az

Gənc oğlan it tutmasından öldü: “Diaqnozunu biz də dəqiqləşdirə bilmədik” – Baş həkim

19:2017 Aprel, 2019
802
KRİMİNAL
  • A
 38 gün öncə itlərin hücumuna və qapmasına məruz qalan Həsənli Cavid Qəhrəman oğlu bu gün Ağstafa rayoon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Oxu24.com xəbər verir ki, Ağstafa rayonu Yuxarı Göyçəli kənd sakini olan 1998-ci il təvəllüdlü Həsənli Cavid Qəhrəman oğlu bu gün səhər saatlarında dünyasını dəyişib.

Ölüm hadisəsi ilə bağlı Bizimoyl.info-ya danışan, Ağstafa rayon Mərkəzi Xəstəxanasının baş həkimi olan Vəliyeva Fatma Cavad qızı faktı təsdiqləyib və bildirib ki, onlar mərhumun ölüm səbəbini dəqiq bilmirlər:

“Səhərə yaxın rəhmətə gedib. Vallah diaqnozunu biz də dəqiqləşdirə bilmədik. Bir az şübhəmiz oldu ki, onu 38 gün qabaq it dişləməsi olub, onu da peyvəndləyiblər. İt dişləməsindən sonra deyiblər ki, sudan qorxurmuş, biz ondan şübhələnirik ki, quduzluqdan ölüb. Oğlanı qapan kəndin iti olub amma indi it hardadı bilmirik. Dünən gətirilmişdi xəstəxanaya bu gün səhər vəfat etdi. Sonra zəng edərsiniz aydınlaşdırarıq, hələ biz də heç nə bilmirik, dəqiqləşdirməmişik”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR