Göygöl rayonunda ötən gün aşkar olunan meyitin şəxsiyyəti müəyyən edilib.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlayıb.
Onun sözlərinə görə, meyiti tapılan şəxs Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Şərqiyyə Məmmədovadır.
E.Qasımov bildirib ki, ekspertiza Ş.Məmmədovanın ürək tutmasından öldüyünü təsdiqləyib.
Oxu24.com
ŞƏRHLƏR