Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120773
az

ABŞ dövlət katibi İsrailə gəlib

12:3422 Oktyabr, 2024
51
DÜNYA
  • A

ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağındakı vəziyyəti müzakirə etməyi planlaşdırdığı İsrailə səfər edib.

Oxu24.com xəbər verir  ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Amerika xarici siyasət idarəsinin rəhbərinin İsrailin baş naziri Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yoav Gallant və digər rəsmilərlə danışıqlar aparacağı gözlənilir.

Nəşr hesab edir ki, ABŞ dövlət katibinin səfəri Qəzza zolağında “atəşkəsə nail olmaq üçün yeni təkan” məqsədi daşıyır.

“The Jerusalem Post” yazır: “Blinken Qəzza zolağında sakinlərə əlavə ərzaq, dərman və digər humanitar yardımların çatdırılmasının vacibliyindən danışacaq və girovların azad edilməsini müzakirə edəcək”.

İsraildəki danışıqlardan sonra Blinken İordaniya və Qətərə səfər etmək niyyətindədir.

Oktyabrın 15-də İsrailin "Kanal 12" televiziyası bildirib ki, ABŞ İsrailə yəhudi dövlətinin Qəzza zolağında humanitar böhranın həllinə töhfə vermədiyi təqdirdə silah embarqosu tətbiq etmək ehtimalı barədə xəbərdarlıq edib.

Bundan əvvəl Bloomberg ABŞ-ın İsrailin regiondakı siyasətinə zəif təsirindən xəbər tutub.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
Putin KTMT sammitində Trampla bağlı görün nə dedi...
İran eyham edir: sanksiyaları qaldırın, əks halda nüvə silahı yaradacayıq

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO