Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120772
az

G7 ölkələri Kiyevə 50 milyard dollar kredit ayıracaq

19:2022 Oktyabr, 2024
60
DÜNYA
  • A

Cümə günü, oktyabrın 25-də Yeddilik Qrupu (G7) ölkələri Kiyevə Rusiyanın dondurulmuş aktivləri hesabına ödəniləcək 50 milyard dollarlıq birgə kreditə töhfələrini elan edəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Avropa komissarı Didye Reynders bildirib.

Reynders plenar iclasda Avropa Parlamentinin üzvlərinə müvafiq bəyanatla çıxış edib.

"Bu həftənin sonunda oktyabrın 25-də Vaşinqtonda G7 tərəfdaşları öz töhfələrini elan edəcəklər",-deyə o bildirib.

Oktyabrın 19-da “Financial Times” yazıb ki, Birləşmiş Ştatlar Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək G7 krediti çərçivəsində Ukraynaya 20 milyard dollara qədər (40%) verməyə hazırdır.

Oktyabrın 16-da bildirildi ki, Aİ ölkələri 2024-cü ilin sonuna qədər Ukraynaya 45 milyard avro ayırmağı planlaşdırır. Bu məbləğ Aİ-nin Brüsseldə keçirilən sammitinin yekun sənədində göstərilib.

Bundan əvvəl Fransanın dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya 12 "Sezar" özüyeriyən silah alacağı bildirilirdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada dollar bahalaşıb
Gürcüstanda hakim partiyanın prezidentliyə namizədi        o          oldu
İran İsrailin bu    hərəkətini     alqışladı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
İtkin düşən     3 nəfər       tapıldı