Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120737
az

Bakıda adam oğurluğu: Avtobus dayanacağında gözlərini bağlayıb apardılar

22:3621 Oktyabr, 2024
141
CƏMİYYƏT
  • A

Əvvəllər məhkum olunmuş Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən - ikisi yetkinlik yaşına çatmayan şəxs olmaqla 7 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi keçirilib.

OXU24.COM  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri bir neçə vəsatət təqdim ediblər.

Onlar cinayət işinin istintaq mərhələsinə qayıtmasını tələb ediblər.

Buna səbəb olaraq, təqsirləndirilən Müştəba Əliyev bildirib ki, ittiham aktında göstərilən əməli o törədib. O, ailəsindən 3 üzvün və digər şəxslərin günahsız olduğunu bildirərək cinayət işinin məhkəmə istintaqına qayıtmasını istəyib.

Digər vəsatət isə təqsirləndirilən şəxslər arasında olan azyaşlı Murad Rzayev haqqında seçilmiş "həbs qətimkan tədbiri"nin "ev dustaqlığı qətimkan tədbiri" ilə əvəzlənilməsi barədə olub.

Çıxış edən prokuror Orxan Səmədov işin məhkəmə baxışına verilməsini təklif edib.

Təqsirləndirilən Şücayət Rzayev tutulan insanların günahsız olduğunu qeyd edərək bildirib ki, lazım olsa, lezva ilə öz boğazını kəsəcək, tələb edib ki, iş istintaqa qayıtmalıdır.

Məhkəmə müşavirədə qərara alıb ki, müdafiəçilər tərəfindən verilən vəsatətlər təmin edilməsin. Təqsirləndirilən şəxslər barəsində seçilmiş "həbs qətimkan tədbiri" qüvvədə saxlanılsın.

Məhkəmənin baxış iclası 4 noyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.

Təqsirləndirilən Şücaət Rzayev isə tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib, xəsarət yetirməkdə şübhəli bilinir. İttihamda bildirilir ki, təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefonunu əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsindəki 118 saylı marşrut avtobusunun sonuncu dayanacağına çağırıblar. Onlar Nəzirxan Ağaxanovu orada qarşıladıqdan sonra söhbətə tutaraq bir qədər aralıya aparıb, öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl qolunu və gözlərini yapışqan lentlə bağlayıb, yaşadığı Zabrat qəsəbəsindəki evinə aparıblar.

İstintaq materiallarında daha sonra qeyd olunub ki, Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar. Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli "gəlinlik" paltarını onun əyninə geyindirərək etdiyi paylaşımlara görə üzr istəməsini tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Qanunsuz əməllərinə görə hüquq mühafizə orqanları tərəfində cinayət işi açılaraq təqsirləndirilən 7 nəfər barəsində Cinayət məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə yanaşı daha bir neçə ağır maddə ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Koronavirusun daha bir qorxulu fəsadı üzə çıxdı
Evlənmə təklifi alacağınız həmin o RESEPT
Musiqi iş yerində məhsuldarlığı artırır -Alimlərdən yeni TƏDQİQAT

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var