Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən OXU24.COM-a bildirilib.
Onun sözlərinə görə polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib.
Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilmısi istiqamətində tədbirlər davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR