Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120732
az

Bu şəxslərə işə qəbuldan imtinanın səbəbləri açıqlanmayacaq

20:5621 Oktyabr, 2024
159
CƏMİYYƏT
  • A

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.

OXU24.COM xəbər verir ki, bununla bağlı Milli Məclisin oktaybrın 22-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna yeni maddə təklif edilib.

Dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır.

Təklif edilən növbəti dəyişikliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seysmoloji Xidmət zəlzələ ilə bağlı əhaliyə müraciət etdi
Elçilikdə "yox" cavabı aldığı qızı və anasını MAŞINLA VURDU
Lukaşenko yenidən PREZİDENT SEÇİLDİ