Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120718
az

İsraildə 7 iranlı casus saxlanılıb

19:1121 Oktyabr, 2024
66
  • A

İsrail polisi İran kəşfiyyatı üçün məlumat toplamaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.

Oxu24.com xəbər verir  ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Saxlanılanların hamısı İsrail vətəndaşıdır, onlardan ikisi azyaşlıdır. Polisin aydınlaşdırdığı kimi, şübhəlilər muzdlu məqsədlərlə - pul üçün hərəkət ediblər.

"Onlara İranın iki kəşfiyyat agenti tərəfindən ölkə daxilindəki hərbi bazalarda yüzlərlə məlumat toplama missiyası yerinə yetirmək tapşırığı verildiyi öyrənilib", - hesabatda deyilir.

İsrail prokurorlarının yaxın vaxtlarda ittiham aktı çıxaracağı gözlənilir.

Bundan əvvəl İsrail kəşfiyyat xidmətlərinin casuslardan istifadə etməsi ilə bağlı məlumatlar mediaya sızmışdı. Fransanın “Le Parisien” qəzetinin yazdığına görə, Livanın şiə təşkilatı “Hizbullah”ın lideri Həsən Nəsrullah ləğv edilməzdən əvvəl İsrail onun Beyrut ətrafına yaxınlaşması barədə məlumatı iranlı casusdan alıb.

İran daha əvvəl ölkənin nüvə obyektlərinə İsraildən gələn təhdidlərdən şikayətlənib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampın Meksikaya deport etdiyi miqrant sayı açıqlandı - İnanılmaz rəqəm
"Hamısı fırıldaqdır" - Trampdan sərt sözlər
İtaliya sahillərində güclü zəlzələ oldu

Arılar niyə sancdıqdan sonra ölür?

18+

Deputat turisti zorladı
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirildi