Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120704
az

İtkin ailələrinə müraciət edildi

16:4521 Oktyabr, 2024
95
CƏMİYYƏT
  • A

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müraciət yayıb.

Oxu24.com xəbər verir ki, dövlət komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrini müraciət etməyə çağırıb.

“Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərdən sonra Azərbaycan Respublikası (AR) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (Dövlət Komissiyası) və müvafiq dövlət qurumlarına daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, Ermənistanın AR-ə qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş bir sıra şəxs aidiyyəti qeydiyyatlardan kənarda qalıb.

Buna səbəb kimi, Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə bəzi itkin ailələrinin yaxınlarının rəsmi qeydiyyata alınması üçün Dövlət Komissiyasına müraciət etməməsi göstərilə bilər.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrindən, o cümlədən itkin düşmüş şəxslərə dair məlumatı olan vətəndaşlardan qısa müddət ərzində İşçi qrupu ilə əlaqə saxlayaraq itkin yaxınları barədə məlumatları və DNT nümunələrini verməyi xahiş edir”, - deyə, müraciətdə qeyd edilib.

Ünvan: Bakı şəhəri, Parlament prospekti 14.

Qaynar xətt: 81-61

Tel: (012) 405-99-79

Mobil: (010) 232-33-77

E-poçt: [email protected]

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarda bu 3 meyvəni qətiyyən yeməyin - Diqqət!
1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı