Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120695
az

“Alkoqollu içkilərin satışı məhdudlaşa bilər”

15:5621 Oktyabr, 2024
66
CƏMİYYƏT
  • A

Bu layihə qəbul ediləcəyi halda alkoqollu içkilərin satışı məhdudlaşdırıla bilər”.

Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı müzakirədə bildirib.

“Bundan başqa, keyfiyyətsiz alkoqol istehlakına görə yaranan xəstəliklər beləliklə azala bilər. Çünki keyfiyyətsiz alkoqollu içkilərin insanda hansı xstəlikləri yaratdığı məlumdur. Daxili bazarda sağlam, haqlı rəqabət aparmaq baxımından da bu layihənin qəbulu müsbət nəticə əldə olunmasına gətirib çıxaracaq”, - deyə A.Əmiraslanov bildirib.

Qeyd edək ki, alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı qayda dəyişir. Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sosial yardım nə qədər artacaq?
Magistratura üçün sınaq imtahanının    vaxtı     açıqlandı
Ünvanlı sosial yardım alanlara şad xəbər

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
“Məşədi Dadaş”ın imamını öldürmək istəyənə- Ağır cəza