Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120688
az

Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində

14:5921 Oktyabr, 2024
78
İQTİSADİYYAT
  • A

Ölkənin birinci bankı Kapital Bank 21-24 oktyabr 2024-cü il tarixlərində Çinin paytaxtı Pekində keçirilən “SIBOS 2024” beynəlxalq sərgisində ölkəmizi təmsil edir.

Maliyyə dünyasının gələcəyini müzakirə etmək və yeniliklərə birgə addım atmaq məqsədilə dünyanın hər yerindən 10 000-ə yaxın iştirakçını, 125-dən çox beynəlxalq eksponenti bir araya gətirən sərgidə Kapital Bank öz stendi ilə iştirak edir.  

Tədbirin ilk günü bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin, İtaliya, Böyük Britaniya, İsveçrə, BƏƏ və İspaniya kimi ölkələrin aparıcı bank və maliyyə institutları ilə səmərəli görüşlər keçirib.

Bu görüşlərdə maliyyə texnologiyaları, rəqəmsallaşma, maliyyə infrastrukturunun təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub. Növbəti günlərdə də bu görüşlərin davam etdirilməsi planlaşdırılır.

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov öz sosial şəbəkə hesablarında tədbir haqqında fikirlərini bölüşərək bildirib: “Sibos kimi mötəbər beynəlxalq tədbirdə iştirakımız qlobal maliyyə icması ilə əlaqələrin möhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, eləcə də bankımızın əldə etdiyi nailiyyətləri, rəqəmsal transformasiya istiqamətindəki strateji planlarını və maliyyə sektoruna təqdim etdiyi yenilikləri beynəlxalq arenada nümayiş etdirmək baxımından əhəmiyyətli addımdır.”  

Qeyd edək ki, 1978-ci ildən hər il ənənəvi olaraq keçirilən beynəlxalq sərgi bu il 24 oktyabr 2024-cü il tarixinədək dünyanın maliyyə liderlərini bir araya gətirməyə davam edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc. 
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə böyük təmir-bərpa işləri aparılacaq- Prezident açıqladı
Müəllim və həkimlərin maaşları artacaq? -AÇIQLAMA
Neftimiz           ucuzlaşdı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi