Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120683
az

Çox su içdiyi üçün xəstəxanalıq oldu

14:3421 Oktyabr, 2024
71
DÜNYA
  • A

41 yaşlı amerikalı Nina Munro çox su qəbul etdiyinə görə xəstəxanalıq olub. Gündə dörd litrə yaxın su içən Munro bu vərdişinin onun orqanizmi üçün yaratdığı təhlükələri çox gec anlayıb.

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisə həddindən artıq su istehlakının təhlükələrini bir daha ortaya qoyub.

Həddindən artıq su istehlakı, soyuqdəymə və qrip üçün qəbul etdiyi dərmanlarla birlikdə Munronun bədən sistemini pozub. Onun beynində su yığılması ağır tutmalara səbəb olub. Munro xəstəxanaya yerləşdirilib və beş gün reanimasiyada qalıb. Həkimlər onun qanında natrium səviyyəsini tarazlaşdırmaq üçün çox səy göstəriblər. 

Munro başına gələn dəhşətli hadisəni izah edərək, "Həkimlər mənə necə sağ qaldığımı anlamadıqlarını söylədilər. Hər gün çox su içərək özümü öldürürmüşəm və hətta bunun fərqində deyilmişəm", - deyib. 

Munro xəstəxanaya yerləşdirilməzdən bir neçə həftə əvvəl yüngül öskürək, soyuqdəymə və laringit daxil olmaqla müxtəlif sağlamlıq problemləri yaşayıb. Həkimlərin təyin etdiyi dərmanlar və daimi su qəbulu onun vəziyyətini pisləşdirib. Xəstəxanada uzun və çətin bir proses keçən Munro, artıq mayeləri daha diqqətli və şüurlu istehlak etməyə başlayıb.

Sağlamlıq mütəxəssisləri gündə orta hesabla altı-səkkiz stəkan su içməyin kifayət olduğunu bildirir. Həddindən artıq su istehlakı xüsusilə bəzi dərmanlarla birlikdə istifadə edildikdə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi üçün diqqətli olmaq lazımdır. Munronun hadisəsi, hətta sadə görünən sağlamlıq problemi üçün belə ekspert məsləhətlərinə əməl etməyin vacibliyini bir daha nümayiş etdirib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cənubi Koreya prezidentihəbs      oluna      bilər
Rusiyada ticarət mərkəzində partlayış- Ölən və yaralılar var
Brüs Uillisin qızı ərə gedir - FOTO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu