Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120671
az

Gülənin öldüyü tarix diqqət çəkdi -FOTO

13:3021 Oktyabr, 2024
79
DÜNYA
  • A

Xəbər verdiyimiz kimi, FETÖ lideri Fətullah Gülənin oktyabrın 20-də dünyasını dəyişib. 

Oxu24.com  xəbər verir ki, Türkiyə mediası Gülənin öldüyü tarixi diqqət mərkəzində saxlayıb. Məlumata görə, oktyabrın 20-si həm də Ergenekon (Silahlı terror təşkilatının yaradılması və idarə edilməsi  və s.) sui-qəsdi ilə bağlı ilk məhkəmə iclası günüdür.

Ergenekon sui-qəsdi 2007-ci ildə İstanbulun Ümraniye qəsəbəsində bir gecəqonduda əl qumbaralarının tapılması ilə başlayıb. İlk iclası 20 oktyabr 2008-ci ildə Silivri Həbsxanasının məhkəmə zalında keçirilən işlərdə 400-ə yaxın müttəhim Ergenekon üzvü olmaqda günahlandırılıb.

 Ergenekon sui-qəsdi zamanı 100 mindən çox telefon dinlənilib, 3 min adam izlənilib, 1360 nəfər ifadə verib, 588 nəfər həbs edilib. İşdə 44 gizli şahid olub.  Ümumi səhifə sayı 17 mini keçən 19 ittiham aktı hazırlanıb.

Ergenekon məhkəməsi zamanı admiral Uğur Yiğitə qarşı sui-qəsd təşkil etdiyi iddiası ilə mühakimə olunan polkovnik-leytenant Əli Tatar haqqında yeni həbs qərarı çıxarıldıqdan sonra o, intihar edib. Eyni ittiama görə həbs edilən MİT direktoru Kaşif Kozinoğlu məhkəməyə gəlmədən Silivri Həbsxanasında ürək tutmasından dünyasını dəyişib.  

Türkiyənin əsgərləri, alimləri, jurnalistləri, ziyalıları bu sui-qəsdlə həbsxanaya salınıb, həyatları məhv edilib. İllər sonra bunun FETÖ sui-qəsdi olduğu üzə çıxıb. 

2019-cu ildə məhkəmə təşkilat yaratmaqda ittiham olunan bütün müttəhimlərə bəraət verib. 4403 gündən sonra ədalət bərqərar olub. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Akvariumda dəhşət: Nəhəng balıq "su pərisi"ni dişlədi - VİDEO
TƏCİLİ! Rusiyadan şok qərar: Bu tarixdən başlayır
Ukrayna Niderlanddan F-16 qırıcılarının yeni partiyasını gözləyir

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi