Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120667
az

Məmmədovların payızda cücərmək eşqi...

12:4321 Oktyabr, 2024
2338
ÖZƏL BÖLÜM
  • A

Sabiq nazirin payızda göyərmək eşqi.

 

Oxu24.com CityPost.az -a istinadən xəbər verir ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədov bu günlərdə dünyasını dəyişmiş “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovla bağlı fikirlərini bölüşüb.O,Qlobalinfoya açıqlamasında aşağıdakı sözləri deyib:

 

“Rəhmətlik Tağı Əhmədovu çox yaxından tanıyan adamlardan biriyəm. Onun ailəsinə, yaxınlarına, qohum-əqrəbasına, sevənlərinə səmimi qəlbdən başsağlığı verirəm. Allah rəhmət eləsin. Məkanı cənnət olsun”.

Daha sonra Ziya Məmmədov Tağı Əhmədovla bağlı xatirələrini bölüşüb:

“Bilirsiniz, Tağı Əhmədov musiqini çox sevərdi, əsasən də muğama bağlı adam idi. İncəsənətə, poeziyaya, musiqiyə, xüsusilə də milli-mənəvi dəyərlərimizdən olan muğamata bağlı insan kobud ola bilməz. Ona görə də onun haqqında eyni bir sahənin işçiləri kimi çox müsbət təəssüratlarım var. O baxımdan ona Allahdan yalnız rəhmət diləyirəm”.


Uzun müddət mətbuatdan uzaq duran sabiq Nəqliyyat naziri Ziya Məmmədovun birdən-birə mətbuata açıqlama vermək fikrin heyrət doğurub.Dəfələrlə  jurnalistlər onun  müvafiq məsələrlə bağlı fikirlərini öyrənmək istəsələr də, O, hələ bir müddət qaranlığa çəkilməyə üstünlük verirdi.

Payız fəsli olmasına baxmayaraq Z.Məmmədov görünür, hansısa məqsədlə şəraitin münbitləşdiyini güman edərək  yavaş-yavaş göyərmək  eşqinə  düşüb. Ziya Məmmədova yaxın  mənbələrin söylədiklərinə görə, O,hazırda gözləmə mövqeyindəndir. Ucar rayonunun  Qazıqumlaq kəndində qoyun fermasına fermerlik edir  və  yaşadığı   kənddə   özünün  inşa etdirdiyi  məscidə  tez-tez baş  çəkir.

Xatırladaq ki, Ziya Məmmədovun qardaşı Elton Məmmədov Milli Məclisə bu il keçirilən seçkilər zamanı  94 saylı  Ucar  seçki  dairəsindən  namizədliyini irəli sürsə də, onun  sənədlərində  saxtakarlıq  aşkarlandığından  namizədliyi  qeydə  alınmamışdı. O,özü saxtakar olduğu  halda  MSK-nın sədri hörmətli,cənab  Məzahir  Pənahovu və onun ətrafında olanları utanmadan saxtakar adlandırmışdı.  

Bugünlərdə  Hesablama Palatasının sədri  Vüqar  Gülməmmədovun rəhbərliyi altında keçirilən  kollegiya iclasında  bildirilib ki,Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsində 2020-2021-ci illərdə dövlət əmlakından və büdcədən idarə etmək üçün ayrılan  pullardan təyinatı üzrə  istifadə edilməməsinə dair  problemlər aşkara çıxıb və cinayət tərkibi ehtimallarına görə  toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Palatanın qanunun aliliyi uğrunda gördüyü işlər  doğurdan da alqışlara layiqdir.  Bildiririk ki, həmin dövrdə AMEA İşlər İdarəsinin müdiri, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq  deputat Elton Məmmədov olub. Xalq  onun pullarını  talayanları və qəhrəmanlarını    gec-tez  tanımalıdır. 

Maraqlıdır,bütün dayaqlarını itirmiş,adı zaman-zaman  neqativ əməllərdə hallanan Elton Məmmədov  bu dəfə  də, Prokurorluğun məngənəsindən  xilas ola biləcəkmi?


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya hava məkanını niyə bağlamadı? - Qəzanın başvermə səbəbləri arasında KRİTİK DETALLAR...
Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb
Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var