Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120665
az

Antibiotiklərə görə milyonlarla insan ölə bilər

13:1121 Oktyabr, 2024
154
TİBB
  • A

"Alimlər antibiotiklərin effektivliyinin sürətlə azaldığını bildiriblər". 

Oxu24.com xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti yazıb. 

Nəşrin məlumatına görə, antibiotiklərin effektivliyinin azalması səbəbindən milyonlarla insan ölə bilər. 

İnfeksion Müalicə Cəmiyyətinin prezidenti Mattias Ploetz bildirib ki, “Biz yenidən müasir tibbin nailiyyətlərini itiririk və penisilinin kəşfindən əvvəlki dövrə qayıdırıq”.

Nəşrin müəllifləri antibiotiklərin effektivliyinin azalmasının iki əsas səbəbini qeyd ediblər: hətta tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün antibiotiklərin nəzarətsiz istehlakı və COVID-19 pandemiyasından sonra turist səfərlərinin sayının artması.

Antibiotiklərin çox vaxt nəzarətsiz təyin olunduğu, bəzən onlara ehtiyac olmadığı qeyd olunur. Nəticədə, antibiotiklərə davamlı mikroorqanizmlər 2050-ci ilə qədər on milyonlarla insanı təsir edə biləcək infeksiyalara səbəb ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Plastik cərrahların nəzərinə!- Sənəd qəbulu dayandırılır
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Meymunçiçəyinə yoluxan şəxsin     vəziyyəti   açıqlandı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə!- Sənəd qəbulu dayandırılır
Neftçalada ov qaydalarını pozan    şəxslər     saxlanıldı