Dünən Bakıda küçədə 2 nəfərin meyiti tapılıb.
Oxu24.com xəbər verir ki, oktyabrın 20-si saat 09 radələrində Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi ev 4/6-nın qarşısında naməlum kişi cəsədi tapılıb. Ölən şəxsin 1977-ci il təvəllüdlü R.Anatoliyeviç olması müəyyən edilib.
Oxşar hadisə dünən saat 06 radələrində Yasamal rayonunda baş verib. Şamil Əzizbəyov küçəsi ev 68-in qarşısında üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb. Onun 1970-ci il təvəllüdlü A.Rzayev olması müəyyənləşib.
Bildirilib ki, hər iki şəxs evsiz olub və tüfeyli həyat tərzi sürüblər.
Onların havaların soyuması ilə keçirdikləri ağır xəstəliklərin nəticəsində həyatlarını itirməsi ehtimal edilir.
Oxu24.com
ŞƏRHLƏR