Cənubi Avstraliya ştatında 4,1 bal gücündə zəlzələ baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu məlumat yayıb.
Zəlzələ 1,5 min insanın yaşadığı Kuber Pedi şəhərindən 100 km aralıda qeydə alınıb. Təbii fəlakət 10 km dərinlikdə yerləşir.
Dövlətin turizm mərkəzlərindən biri olan kənddə tələfat və dağıntılar barədə məlumat yoxdur.
Oxu24.com
ŞƏRHLƏR