Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120630
az

Putinin köməkçisindən BRICS AÇIQLAMASI: "Bu qədər çox ölkəni..." -FOTO

20:0920 Oktyabr, 2024
109
SİYASƏT
  • A

"Hazırda 15 dövlət BRICS-in tərəfdaş ölkələri hesab olunur".

OXU24.COM  xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Birinci Kanal"a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu ölkələr müxtəlif yollarla, məsələn, regional və beynəlxalq məsələlərə təsir etməkdə tərəfdaş ola bilərlər.

Sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, 30-dan çox dövlət BRİKS ilə əməkdaşlığa maraq göstərir, bəziləri assosiasiyaya qoşulmaq arzusundadır.

Uşakov qeyd edib ki, birdən-birə bu qədər çox ölkəni BRICS-ə qəbul etmək məntiqsiz olardı, çünki bu halda təşkilat fəaliyyətsizləşəcək və “tamamilə amorf struktur” olacaq.

Xatırladaq ki, BRICS Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiyanın daxil olduğu dövlətlərarası birlikdir.

Adı ingilis dilindən gəlir BRICS və təşkilatın orijinal beş üzvünə istinad edir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika. Assosiasiyanın ilk sammiti 2009-cu ildə keçirilib. Görüşlərdə BRİKS üzvləri iqtisadi və geosiyasi məsələləri müzakirə edir, qarşılıqlı faydalı layihələr üzrə əməkdaşlıq qururlar.

Oktyabrın 22-də Kazanda BRICS sammiti başlayır. Tədbir oktyabrın 24-dək davam edəcək. İclasda ilk dəfə BRIKS-ə yeni üzv ölkələr iştirak edəcək - təşkilat 2024-cü ilin yanvarında beş yeni ölkəyə genişləni. Eyni zamanda, Çin sədri Si Cinpin də daxil olmaqla, müxtəlif dünya liderlərinin görüşdə iştirak etmək üçün Rusiyaya gəlməsi gözlənilir .

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Papadan növbəti atəşkəs çağırışı
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ
Tramp ABŞ-da yalnız iki cinsi tanıyacağına SÖZ VERDİ

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi