Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120627
az

Moldovada prezident seçkiləri və referendum baş tutdu -YENİLƏNDİ

19:0820 Oktyabr, 2024
107
SİYASƏT
  • A

Moldovada keçirilən prezident seçkilərinə və Aİ-yə üzvlüyə dair referenduma seçicilərin iştirakı səsvermənin və plebisitin tanınması üçün lazım olan 33,3 %-i keçib.

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının saytında real vaxt rejimində məlumatları yeniləyən informasiya sisteminin ilkin məlumatları sübut edir.

Seçkilərdə 11 namizəd, o cümlədən parlamentin tam dəstəyinə sahib olan respublikanın hazırkı rəhbəri Maya Sandu prezidentliyə namizəddir. Onun əsas rəqibi Sandunu Rusiya ilə qarşıdurma siyasətinə görə tənqid edən keçmiş Baş prokuror Aleksandr Stoyanoqlodur.

Seçkilərin qalibi seçicilərin yarısından çoxunu toplayan namizəd olacaq. Əks təqdirdə, noyabrın 3-də ikinci tur keçiriləcək və birinci turun iki lideri iştirak edəcək.

***

Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzvlüyə dair Konstitusiya referendumu ilə bağlı səsvermə keçirilir.

OXU24.COM  xəbər verir ki, prezident seçkiləri yarışında prezidentliyə 11 namizəd mübarizə aparır. Bundan başqa seçicilər “Moldova Respublikasının Avropa İttifaqına üzv olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına da cavab verəcəklər.

Prezident seçkiləri və Konstitusiya referendumu üçün Mərkəzi Seçki Komissiyası 7,3 milyondan çox bülleten çap edib.

MSK-nın açıqlamasına görə, seçkiləri 2061yerli və beynəlxalq müşahidəçi izləyir.

Moldovanın 42 min gənc vətəndaşı ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Minsk Qrupu ləğv edilməlidir” - Zaxarova
Paşinyandan ETİRAF: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi..."
Ankara ilə Dəməşq arasında İLK ANLAŞMA: "Türkiyə mütləq mövqe tutacaq"

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi