Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120613
az

İsrailə bir saat ərzində Livandan 50-dən çox raket atılıb

12:5619 Oktyabr, 2024
243
  • A

İsrailin şimal bölgələri Livandan yeni atəşə məruz qalıb.

Oxu24.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) Telegram kanalında məlumat yayıb.

Ümumilikdə, bir saat ərzində İsrailin şimalındakı ərazilərə iki "dalğa" şəklində ən azı 55 raket atılıb.

“Mərmilərin bəziləri ələ keçirilib”, - deyə İDF bildirib.

Düşmüş mərmilərin də qeydə alındığı qeyd edilir.

Şənbə günü, oktyabrın 19-da məlum olub ki, Hizbullaha məxsus pilotsuz təyyarə İsrailin baş naziri Benyamin Netanyahunun Qeysəriyyə şəhərindəki şəxsi iqamətgahına hücum zamanı o, orada olmayıb və heç kim xəsarət almayıb. Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb. Livandan İsrailə doğru üç pilotsuz təyyarə buraxılıb. Onlardan ikisi ələ keçirilib, üçüncüsü Qeysəriyyədə binaya çırpılıb. Mənbələr Netanyahunun Qeysəriyyədəki evində bombanın partladığını bildirib. Hücum zamanı şəhərdə hava hücumu sirenası səslənib.

Bundan əvvəl Hizbullah İsraillə qarşıdurmanın yeni mərhələsini elan etmişdi.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İtkilər çoxdur, hücum səngiyib
Rusiya hərbçiləri Kursk vilayətində pilotsuz uçan aparatı məhv ediblər
Orban Macarıstan və ABŞ arasında razılaşmanın hazırlandığını açıqlayıb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb