Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120612
az

Tağı Əhmədov bu xəstəlikdən əziyyət çəkirmiş

12:4419 Oktyabr, 2024
225
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.

Tağı Əhmədovun hansı xəstəlikdən əziyyət çəkməsi ilə bağlı sosial mediada fərqli fikirlər səslənir.

 

Oxu24.com xəbər verir  ki, Metbuat.az-ın məlumatına görə, metropolitenin keçmiş rəisi ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. O, müsahibələrindən birində diabeti “aristokratların xəstəliyi” adlandırmışdı, onunla yola getdiyini bildirmişdi. Tağı Əhmədov bu xəstəliklə yanaşı, qan təzyiqi və “miyelit” (onurğa-beyin iltihabı) xəstəliklərindən də müalicə olunurdu. Son 2 ildə xəstəliyin ağırlaşması səbəbindən ayaqları tutulmuşdu, əlil arabasında gəzirdi.

Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev İrandadır
Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi