Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120603
az

Ələkbərov: Prezident qəti şəkildə buna qarşı çıxdı -VİDEO

23:3718 Oktyabr, 2024
167
CƏMİYYƏT
  • A

Son vaxtlar COP29-la bağlı müxtəlif məlumatlar yayılırdı. Həmin qeyri rəsmi məlumatlarda bildirilirdi ki, COP29 dövründə sms icazə ilə evdən çıxılacaq, aparıcı küçələrdə hərəkət tamamilə dayandırılacaq. İdarə və müəssisələrdə, hökumət və özəl təşkilatlarda əməkdaşlar məsafədən işləyəcəklər. O cümlədən müxtəlif tədbirlər ləğv olunacaq.

OXU24.COM  xəbər verir ki, bu gün bir qrup media nümayəndəsi ilə görüşdə prezidentin köməkçisi Anar Ələkbərov isə yeni məlumatlar açıqlayıb.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qəti şəkildə bu təşəbbüslərə qarşı çıxıb.

“Bəli, mərkəzi küçələrin bağlanması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması təklifləri var idi. Lakin cənab Prezident qəti şəkildə bu təşəbbüslərə qarşı çıxdı. Bakıda hər şey əvvəlki kimi olacaq. Yalnız bir çox dövlət və hökumət başçılarının qatılacağı liderlər sammiti günü təhlükəsizlik baxımından nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”, – A.Ələkbərov bildirib.

Onun sözlərinə görə, konfransa hazırlıqla bağlı müzakirələr zamanı kütləvi tədbirlərin, eləcə də toy şənliklərinin, restoran və mağazaların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı təkliflər səsləndirilib və bu məsələ ilə bağlı İlham Əliyev çıxış edərək Azərbaycan paytaxtının həyatının pozulmasına qarşı olduğunu bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi