Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120602
az

İstanbulda XİN rəhbərlərinin görüşündə birgə Bəyanat qəbul edildi

23:3218 Oktyabr, 2024
153
DÜNYA
  • A

“Oktyabrın 18-də İstanbulda Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərlərinin iştirakı ilə üçüncü toplantısı keçirilən Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının (3+3) başlıca məqsədi regional mülkiyyət anlayışı ilə Cənubi Qafqazda qarşılıqlı fayda prinsipi əsasında çoxtərəfli əməkdaşlığın inkişafıdır”.

OXU24.COM  xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin toplantı ilə bağlı açıqlamasında bildirilib.

Qeyd edilib ki, görüşdə Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması, həmçinin regional inkişaf məsələləri müzakirə olunub, konkret layihələr vasitəsilə regional əməkdaşlığın dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

Toplantının sonunda iştirakçı tərəflərin birgə Bəyanatı qəbul edilib. Bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələrarası etimadın bərqərar olmasında və rifahın, sabitliyin artırılmasında oynadığı rol vurğulanıb. Nəqliyyat, kommunikasiya, ticarət, enerji, investisiya və inteqrasiya sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirmək barədə razılığa gəlinib.

Bəyanatda bölgədə sülhün və sabitliyin dialoq yolu ilə təmin edilməsinin əhəmiyyəti də vurğulanıb.

Türkiyə Cənubi Qafqazda daimi sülhün təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi məqsədilə region ölkələri ilə işləməyə davam edəcək.

XİN-in açıqlamasında bildirilib ki, toplantıdan sonra qonaq nazirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediliblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Astana hava limanında uçuş-enmə    zolağı      bağlandı
Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə - Yeniləndi

Təyyarədə İNANILMAZ HADİSƏ -Bu dəfə körpə dünyaya göz açdı

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
165 minlik dələduzluqda ittiham olunur- Foto