Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120586
az

ABŞ-ın müdafiə naziri Ukraynaya məsləhət verib

18:5718 Oktyabr, 2024
84
HƏRBİ
  • A

Ukrayna Rusiyanın dərinliklərinə uzaqmənzilli zərbələr endirmək üçün öz pilotsuz təyyarələrinə etibar etməlidir, çünki Qərbin raketləri çox bahadır.

 

Oxu24.com xəbər verir  ki, Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin brifinqdə bildirib.

O qeyd edib ki, Ukrayna daha əvvəl bu cür hücumlar, xüsusən də Rusiyadakı strateji silah-sursat anbarlarına qarşı öz uzaqmənzilli pilotsuz təyyarələrinin effektivliyini nümayiş etdirib.

"Onlar Ukraynada bu dronları istehsal etmək iqtidarındadırlar, istehsallarını kəskin şəkildə artırırlar. Bu pilotsuz təyyarələr çox effektiv və dəqiq olduqlarını sübut edib. Nəzərə almaq lazımdır ki, bir yüksək dəqiqlikli idarə olunan raketin qiyməti bəzi hallarda təxminən 200 min dollara yaxındır.",-deyə o bildirib.


Pentaqonun rəhbəri qeyd edib ki, ukraynalılar öz pilotsuz təyyarələrini istədikləri kimi utilizasiya edə bilərlər.

UNIAN-ın yazdığı kimi, Ukrayna uzun müddətdir ki, Rusiyaya dərin zərbələr endirmək üçün Qərb raketlərinin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çalışır. Sentyabrda prezident Zelenski ABŞ rəhbərliyi ilə bu məsələni yenidən müzakirə edib.

Britaniyalı jurnalistlərin fikrincə, Britaniyanın yeni baş naziri Key Starmerin səhvi olmasaydı, Ukrayna Britaniyanın “Storm Shadow” raketlərindən istifadə edə bilərdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

F-16 vuruldu
Birləşmiş Ştatlar Avangardın qarşısını almaq ehtimalını qiymətləndirdi
Ukrayna yeni tanklar və hava hücumundan müdafiə vasitələri aldı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi