Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120582
az

Misir və İranın xarici işlər nazirləri regional hadisələri müzakirə edib

18:5718 Oktyabr, 2024
104
  • A

Misirin xarici işlər naziri Bədr Abdel Ati və iranlı həmkarı Abbas Əraqçi cümə axşamı  Livan, Qəzza zolağı və Qırmızı dənizdəki hadisələri müzakirə edərək, müharibənin genişlənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar.

Oxu24.com xəbər verir  ki, B. Abdel Aty “Qəzza zolağında dərhal atəşkəsə nail olunmasının, fəlakətli humanitar vəziyyəti cilovlamaq üçün Qəzzaya qeyd-şərtsiz humanitar yardımın çatdırılmasının və regional sabitliyin və təhlükəsizliyin bərpası üçün düsturun işlənib hazırlanmasının vacibliyini” vurğuladı”, - Misir Xarici İşlər Nazirliyi bildirib. 

O, Misirin Qırmızı dənizdəki hadisələrlə bağlı mövqeyini və dəniz naviqasiyası azadlığına hörmət edilməsinin vacibliyini bir daha təsdiqləyərək Livanın suverenliyinə zərər vuran hər hansı addımı tamamilə rədd etdiyini bildirib.

Həmin gün səhər saatlarında Ə.Əraqçi Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqlar aparıb.

İranın xarici işlər naziri Əmman səfərindən sonra çərşənbə günü axşam Qahirəyə gəlib və burada İordaniya kralı II Abdullah və ölkənin xarici işlər naziri Ayman əs-Səfədi ilə Yaxın Şərqdəki son hadisələri müzakirə edib.

Misir Əraqçının ötən həftə başlayan regional turunun səkkizinci dayanacağıdır. Nazir artıq Livan, Suriya, Səudiyyə Ərəbistanı, Qətər, İraq və Omana səfər edib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culani Suriyanın yeni prezidenti oldu
Bolqarıstan İsveçdə saxlanılan gəmi ilə bağlı vəziyyəti izləyir
Brüsseldə imza atıldı: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi -YENİLƏNDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU