Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120579
az

Prezidentin ləğv etdiyi bu qurumla Baba Rzayevin nə əlaqəsi? – MÜHÜM DETALLAR

17:4318 Oktyabr, 2024
161
ÖZƏL BÖLÜM
  • A

Prezident İlham Əliyevin göstərişi ilə “Azərkontrakt” Dövlət Korporasiyası ləğv edilib. Bu təşkilatın “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevə hansı şəkildə bağlılığı var? Bəzi mənbələr iddia edirlər ki, B.Rzayevin “Azərkontrakt” vasitəsilə ciddi korrupsiya əməliyyatlarına yol verib. Bir neçə gün öncə Baş nazir Əli Əsədov B.Rzayevə töhmət verib. Ardınca Rzayevə yaxınlığı bildirilən “Azərkontrakt”ın ləğv edildi. İki hadisə ciddi mətləblərdən xəbər verir.

Baba Rzayevə həbsxananın yolu göründü?

Oxu24.com  xəbər verir ki, Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev “Azərkontrakt”ın ləğvi ilə bağlı maraqlı paylaşım edib. Jurnalist feysbuk hesabında bunları yazıb:

“Bu gün prezident İlham Əliyevin göstərişi ilə “Azərkontrakt” Dövlət Korporasiyası ləğv edilib. Bir neçə gün öncə isə baş nazir Əli Əsədov “Azərenerji” prezidenti Baba Rzayevi ciddi cəzalandırmışdı.

Qeyd edim ki, bu iki hadisə arasında ciddi bağlılıq var. Belə ki, Baba Rzayev məhz “Azərkontrakt”-ın vasitəsilə irimiqyaslı fırıldaq həyata keçirib…

Maraqlı araşdırma aparıram. Ola bilər ki, Hesablama Palatasını qabaqlaya bildim…”

Eynulla Fətullayev məlumatlı adamdır. Əksər vaxt informasiya aldığı ilk mənbələr sağlam olur. E.Fətullayevin bu statusu Baba Rzayevin indən sonrakı taleyinin anonsu da sayıla bilər.

Ötən yazıda Baba Rzayevin gözdən düşməsi səbəbləri haqda qeydlər etmişdik. Mümkündür ki, “Azərenerji” ASC-də baş verən neqativ proseslər o həddə çatıb ki, ölkə rəhbərliyi bunu durdurmaq üçün hərəkətə keçib. “Azərenerji” ən çox korrupsiyaya bulaşmış dövlət təşkilatı kimi ad çıxarıb. Bu qurumun qaranlıq tender əməliyyatları barədə mediada çox yazılıb. Mövzu ilə bağlı ciddi faktlar, araşdırmalar mövcuddur. İşğaldan azad edilmiş ərazilərdə bu təşkilatın korrupsiya əməlləri ilə bağlı xeyli şikayətlər, həmçinin faktlar var. Mümkündür ki, “Azərenerji”də korrupsiya əməlləri sərhəd tanımadığı, dövlətin milyonlarla vəsaitinin mənimsənildiyi davam etdiyi üçün onun rəhbəri haqda sərt ölçü götürülsün. Adətən bu cür cəzalandırılmalar bir nəfərlə məhdudlaşmır. Korrupsiya piramidasının başında dayanan şəxs bütün çevrəsini güdaza verir. Dövlətin büdcəsinə uzanan bütün haram əllər “kəsilir”. Bu cinayətdə rol almış hər kəs işdən kənarlaşdırılır, həbs edilir və s.

Amma bir təcrübə ictimaiyyəti narahat edir. Baba Rzayev işdən çıxarılacağı təqdirdə sələfi Etibar Priverdiyev kimi cəzasız qalacaqmı? Azərbaycanda böyük cinayətlərə, dövlətin vəsaitinin talanmasına yol vermiş vəzifəli şəxslər əksər vaxt işdən çıxarılır, oğurluq yollarla əldə etdiyi var-dövləti milliləşdirilir, vurduğu ziyan ödətdirilir. İbrət üçün isə hüquqi cəzadan, məhkəmə hökmündən yayına bilir.

Düzdür, son illər Prezident İlham Əliyev bu məsələlərdə kifayət qədər güzəştsiz mövqe tutur. Məsələn, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlətə vurduğu zərərə, talançılığa görə həbs edildi. İcra başçıları, nazirlik əməkdaşları arasında da həbs edilənlər kifayət qədərdir. Bu sərt və ibrətlik cəzaların bu nümunədə də tətbiq edilməsi cəmiyyətdə müsbət qarşılanar.

Artıq mediada Baba Rzayevin biznes imperiyası və əmlak siyahısı dərc edilir. Yəqin ki, dövlət ilk addım kimi buradan başlayacaq. “Azərenerji” ASC prezidentinin ölkədə və xaricdə olan əmlaklarının siyahısı ümid edirik ki, dövlətin aidiyyəti qurumlarında da var.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL
Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Maşınla yol kənarındakı piyadanı    vurub    öldürdü