Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120576
az

Palata AMEA-da Ramiz Mehdiyevin dövründəki qanunsuzluqları aşkarladı

17:0018 Oktyabr, 2024
98
CƏMİYYƏT
  • A

Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Oxu24.com  xəbər verir ki, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda “Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı”, "Kosmik Agentlik tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsi və idarə edilməsinin hüquqi aktlara uyğunluğunun auditinin nəticələrinə dair Auditor hesabatı”, “Elm və Təhsil Nazirliyi və tabeliyində olan təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi”nə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üzrə ayrılan dövlət investisiyalarının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib. Müzakirələrin nəticəsində auditor hesabatlarının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərarlar qəbul edilib.

Daha sonra “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub. Müzakirələrin nəticəsinə əsasən 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

İclasda həmçinin nəzarət tədbirlərinin başlanılması ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.

Qeyd edək ki, sözügedən dövrdə AMEA-nın prezidenti Ramiz Mehdiyev olub. O, 2019-2022-ci illərdə bu vəzifəni tutub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda təcili yardım maşınının aşdığı qəzanın görüntüləri- Video
Rusiyaya getmək istəyən azərbaycanlıların nəzərinə!
Baş nazir     qərar       imzaladı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi