Ermənistanın Şirak rayonuna səfər edən baş nazir Nikol Paşinyan kəndlilərlə görüşüb.
Oxu24.com xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Qeyd olunub ki, Paşinyan kəndlilərlə görüşündə onlara qarğıdalı bişirib satmağı tövsiyə edib: "Armavir-Gümrü yolu çəkilib, demək, gəlib-gedənlərin sayı çoxalıb. İndi gərək fikirləşəsən ki, o yolçulara nə lazımdır ki, onu təklif etməklə gəlir əldə edəsən.
Kiçikdən başla, elə şeylər var ki, onlara pul lazım deyil. Məsələn, on illərdir ki, Dilican küçələrində insanlar qaynadılmış qarğıdalı satırlar. Bunun üçün böyük maliyyə sərmayəsi lazım deyil - bir qazan, 15 ədəd qarğıdalı, 2 ədəd kötük lazımdır".
Sakinlərdən biri baş nazirə cavabında deyib ki, onların suvarma suyu yoxdur, qarğıdalı əkə bilmirlər. Paşinyan buna belə cavab verib: "Sizcə, Dilicanda qarğıdalı əkirlər? Biz suvarma suyu məsələsini həll edəcəyik. Amma bir-iki il çəkə bilər, indi oturub iki il gözləyək?!"
Oxu24.com
ŞƏRHLƏR