Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120573
az

Audiovizual Şuranın iclası keçirildi- 4 yeni lisenziya verildi

16:3018 Oktyabr, 2024
58
CƏMİYYƏT
  • A

Oktyabrın 18-də Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

Bu barədə  Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, iclas audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlı bir sıra müraciətlərə baxılıb.

Audiovizual Şuranın müvafiq qərarları ilə "ABC-Telecom" MMC-ə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi (xidmət adı: "Kontakt TV") lisenziyaları verilib. Bundan başqa, "SƏSTV" MMC-ə (televiziya redaksiyasının adı: "Səs TV") və "Biznes TV" MMC-ə (televiziya redaksiyasının adı: "Biznes TV") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

Yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatmışdır. Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, 5 sifarişli yayım xidməti provayderi, 2 multipleks operatoru, 53 platforma operatoru mövcuddur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki uşaq anası dəm qazından boğulub öldü
Pensiya alanlara ŞAD XƏBƏR -Gələn ay artımla veriləcək
Bu rayonun bir hissəsi QAZSIZ QALACAQ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?

İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI -Üzərində külli miqdarda PUL OLUB