Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120571
az

Livanın baş naziri Tehranı tənqid edib

16:2518 Oktyabr, 2024
68
  • A

Livanın baş naziri Nəcib Mikati İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Tehranın Livanda atəşkəs üçün Parislə danışıqlara hazır olması barədə bəyanatını tənqid edib.

Oxu24.com xəbər verir  ki, bu barədə Livanın L'Orient-Le Jour qəzeti məlumat yayıb.

“Biz bu təşəbbüsə təəccüblənirik. Bu, Livanın işlərinə açıq-aşkar müdaxilə və Livanı qəbuledilməz qəyyumluq altına almaq cəhdidir”, - nəşr baş nazirin sözlərindən sitat gətirir.

Bundan əlavə, Mikati Livanın xarici işlər naziri Abdullah Bu Həbibə Qalibafın bəyanatlarını müzakirə etmək üçün İranın Beyrutdakı müvəqqəti işlər vəkilini çağırmağı xahiş edib, L'Orient-Le Jour xəbər verir.

Daha əvvəl “Le Figaro”nun yazdığına görə, Qalibaf bildirib ki, Tehran Livanda atəşkəs mövzusunda Fransa ilə danışıqlara hazır olacaq. Bununla belə, Qalibaf-a yaxın bir mənbə Le Figaro-nun Əl-Mayadeen telekanalındakı məlumatlarının düzgünlüyünə etiraz etdi, L'Orient-Le Jour qeyd edir.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

22 ədəd “Starlink” mini peyki orbitə çıxarıldı
ABŞ xəzinədarlığı fırıldaqçılara və terrorçulara ödəniş edib - Mask
Komediya ustası vəfat edib

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi