Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
120564
az

“Cümü”nün cəzası ağırlaşdırıldı

16:0818 Oktyabr, 2024
60
KRİMİNAL
  • A

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılov və prokurorluq apellyasiya instansiyasına müraciət edib.

Oxu24,com xəbər verir ki, “Cümü” ləqəbli C.İsmayılov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi 18 illik həbs cəzasının yüngülləşdirilməsini, prokurorluq isə ağırlaşdırılmasını tələb edib.

Şirvan Apellyasiya Məhkəməsi C.İsmayılovun tələbini rədd edib, prokurorluğun protesti isə təmin edilib. C.İsmayılovun cəzasının müddəti 18 ildən 19 ilə qaldırılıb.

Qeyd edək ki, Kürdəmirdə “Cümü” ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur və kriminal mövzulara meylli şəxsdir. Bir müddət əvvəl onunla iş adamı Müşfiq Məmmədov arasında dostluq münasibəti yaranıb. Müşfiq Cümşüdə daim maddi kömək edib, həmçinin bıçaqlanarkən onun xəstəxana xərclərini çəkib. Lakin daha sonra Cümşüdün daim pul tələb etməsi səbəbindən onların münasibəti korlanıb və telefonla danışarkən mübahisələri yaranıb.

Həmin vaxt Müşfiq dostuna bir gün sonra oğlunun imtahanı ilə bağlı Bakıdan Mingəçevirə gedəcəyini və gecəni Kürdəmirdə qalacağını deyib. Onlar vədələşdikləri kimi Kürdəmirdə 69-cu məhəllə adlanan ərazidə görüşüblər və bu zaman Müşfiqin avtomobilində oğlu Fərid də olub. M.Məmmədov maşından düşərək Cümşüdlə söhbət edərkən atəş səsləri eşidilib. Cümşüd 3 dəfə atəş açaraq iş adamını qətlə yetirib. Fərid avtomobildən düşərək mane olmaq istəyərkən daha 2 dəfə atəş açılıb. Lakin Fərid Məmmədova güllə dəyməyib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İktin düşən bloggerin meyiti kanalizasiyada tapıldı
Çöl quşlarını ovlamaq istəyənlər tutuldu
16 yaşlı qız və yeznəsi öldü- Şəmkirdə ailə faciəsi

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Zibillikdən bahalı üzük tapıldı

18+

Parkda qıza təcavüz etmək istəyən kişi tutulub
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
İktin düşən bloggerin meyiti kanalizasiyada tapıldı